“Büllur” Poliqrafiya Mərkəzi

Bullur-1

Hazırda “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun nəzdində fəaliyyət göstərən “Büllur” Poliqrafiya Mərkəzi  ilk dəfə birbaşa “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin tabeçiliyində olmaqla 1999-cu ildən fəaliyyətə başlamışdır. Mərkəzin yaradılmasında əsas məqsəd “Azərsu” ASC və onun tabeçiliyində olan yerli, rayon idarə və təşkilatlarını gündəlik fəaliyyətlərində istifadə etdikləri bütün növ çap məhsulları ilə təmin etmək olmuşdur. “Büllur” Poliqrafiya Mərkəzi “Azərsu” Açıq Səhmdar Cəmiyyəti rəhbərliyinin qərarı ilə 2011-ci ilin oktyabr ayının 1-dən “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun tabeçiliyinə verilmişdir.

Poliqrafiya Mərkəzi  “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin respublika üzrə təşkilatlarını çap məhsulları ilə təmin edir. Mərkəz ciddi hesabat blanklarının hazırlan­ması üçün Maliyyə Nazirliyindən 28.03.2012-ci il tarixli, 067731 nömrəli lisenziya da almışdır.

Mərkəzdə rəis, rəis müavini (vakant),  redaktor, mühasib, kompüter operatoru, 2 mühəndis, 3 cildçi, 2 çapçı, 1 çap məhsullarını kəsən maşının operatoru, 1 yardımçı fəhlə və 1 xidməti otaqları yığışdıran xadimədən ibarət olmaqla 14 ştat vahidindən ibarət işçi çalışır. Mərkəz istismarda olan 3 ədəd əsas işlək çap maşını-rezoqraf, 1 ədəd iri həcmli rəngli printer, 1 ədəd kağızkəsən maşın və 1 ədəd kağızdoğrayan maşın da daxil olmaqla müasir çap avadanlıqları ilə təchiz olunmuşdur.  Burada görülən işlər işçilər arasında vəzifə bölgüsü əsasında işçinin tutduğu vəzifəyə əsasən  aparılır.

Mərkəzin işçi heyəti günün tələblərinə uyğun olaraq bağlanılmış müqavilələr əsasında “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və onun tabeçiliyində olan yerli, rayon idarə və təşkilatlarının gündəlik fəaliyyətlərində istifadə olunan müxtəlif adda qeydiyyat kitabları, illik hesabatlar, blanklar, broşuralar, aktlar (özüköçürən), xidməti vəsiqələr, hər növdə ciddi hesabat blankları və s. yüksək keyfiyyətli çap məhsulları, o cümlədən ciddi hesabat blankları – qaimə-faktura, kassa-mədaxil orderi, vəkalətnamə, mədaxil qəbzi 1MQ, gündəlik kitab və təlimatların   istehsalı ilə məşğuldur.

Mərkəz tərəfindən görülən işlər barəsində hər ayın sonunda İnstitutun rəhbərliyinə, Texniki istehsalat şöbəsinə, mühasibatlıq şöbəsinə və eləcə də ciddi hesabat blanklarının uçotu və hərəkəti haqqında Maliyyə və Vergilər Nazirliklərinə  hesabatlar verilir.

“Büllur” Poliqrafiya Mərkəzi  tərəfindən ötən 2015-ci il ərzində ümumilikdə “Azərsu” ASC və onun tabeçiliyində fəaliyyət göstərən sukanal idarələri üçün müxtəlif çap işləri ilə əlaqədar 253 müqavilə bağlanılmışdır. Bağlanılmış bu müqavilələrin ümumi dəyəri ƏDV ilə birlikdə 165.600 manat təşkil etmişdir. 2016-cı ilin 5 ayı ərzində isə 138 müqavilə bağlanılmış və müqavilələrin ümumi dəyəri ƏDV ilə birlikdə  43.472 manat təşkil edir.

Mərkəzin kollektivi onlara verilən tapşırıqların yerinə yetirilməsində əzmlə çalışır və qürur duyur. İşçilərin işə davamiyyəti müntəzəmdir və bu iş daim diqqət mərkəzindədir. Bundan əlavə, Mərkəzin kollektivi tabeçiliyində olduğu “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun gündəlik fəaliyyətində, eləcə də İnstitutda keçirilən bütün ictimai, mədəni-kütləvi tədbirlərdə də yaxından iştirak edir.